LAYİHƏ HAQQINDA?

istedad.edu.az Azərbaycan məktəblilərinin müxtəlif növdə (tam və natamam) təqdim edilmiş elektron mətnlər üzərində işləmək, oxuyub-anlamaq, açıq sualları cavablandırmaq, simulyativ tapşırıqları icra etmək bacarıqlarını inkişaf etdirməklə onların Azərbaycan dili, kimya, fizika, biologiya, coğrafiya, riyaziyyat fənn kurikulumlarında qazandıqları kompitensiyaları tətbiq edərək özlərini qiymətləndirmək imkanı yaradır.

Portalının əsas məqsədi Azərbaycan dili, kimya, fizika, biologiya, coğrafiya, riyaziyyat fənləri üzrə tərtib edilmiş inteqrativ test və tapşırıqları yerinə yetirərək şagirdləri fənlərarası əlaqə, əldə olunan bilik və bacarığın həyatda tətbiqi imkanları ilə tanış etmək, həmçinin onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir. Bu məqsədlə 10 000 -ə yaxın sual portalda yerləşdirilib.

Suallar və Cavablar

1. Portaldan necə qeydiyyatdan keçmək olar?
Portaldan istifadə etmək üçün ilk öncə telefon nömrəniz vasitəsilə qeydiyyatdan keçməlisiniz.
2. Suallar hansı formada tərtib edilib?
Portalda suallar açıq və çoxseçiçli test formasında olmaqla iki növdə tərtib edilib.
3. Açıq sualları cavablandırarkən nəyə diqqət etmək lazımdır?
Açıq sualların cavablarını Times New Romanda 12 şrift ölçüsündə Azərbaycan dilində daxil edilməlidir.