FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
ELANLAR

Liseylərə sənəd qəbulu prosesinə başlanılıb

13.05.2022

 13 may 2022-ci il tarixindən etibarən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cu tədris ili üçün şagird qəbulu prosesinə rəsmən start verilib. Sözügedən təhsil müəssisələri sırasında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi də yer alıb. Növbəti tədris ilində liseyin VII, VIII və IX siniflərinə qəbul olmaq istəyən şagirdlər mərkəzləşdirilmiş imtahanlarda iştirak etmək üçün onlayn şəkildə https://sy.edu.az portalı üzərindən qeydiyyatdan keçə bilərlər.

Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar.

Liseyə siniflər üzrə qəbul imtahanı tarixləri aşağıdakı kimidir:

19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Şagirdlər liseyin

VII və VIII siniflərinə qəbul olmaq üçün Azərbaycan dili, riyaziyyat və məntiq;

IX sinfinə qəbul olmaq üçün isə Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verməlidirlər.

          Qeyd edək ki, ərizə qəbulu 09 iyun 2022-ci il tarixinə qədər davam edəcək.

        Daha ətraflı aşağıdakı linkə keçid edərək, məlumat əldə edə bilərsiniz.