FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
Olimpiadalar

2014-ci ilin oktyabr-dekabr aylarinda TN-nin təşəbbüsü ilə riyaziyyat fənni üzrə 3 mərhələdən ibarət fənn müsabiqəsi keçirildi. Müsabiqəyə Bakı və Sumqayıt şəhərlərinin 30-dan artıq ən yaxşı məktəbindən VI-VII-VIII şagirdləri dəvət olunmuşdu. Hər sinifdə 3 nəfər şagird iştirak edə bilərdi. Müsabiqənin məqsədi istedadlı şagirdləri seçmək,onları daha yüksək  səviyəli bilik yarışmalarına və olimpiadalara hazirliq məşğələlərinə cəlb etmək idi. Müsabiqədə  3 mərhələnin yekununa əsasən  ən yaxşı nəticə göstərmiş şagirdlərdən ibarət iki olimpiada qurupu təşkil edildi (Bakı şəhəri üzrə):VI-VII və VII siniflər.

Hər qrupda 20-yə qədər şagird  var idi. 2015-ci ilin yanvarin sonundan etibarən başlanan olimpiada məşğələləri  mayın sonuna qədər dəvam  etdi. Hər  ayın sonu TN –də hazırlanmış materiallar əsasında şagirdlər imtahan edilir və nəticələr araşdırılır.İyun ayında təşkil edilmiş yay məktəbində şagirdlər həftənin beş günü,hər gün 4 saat olmaqla  məşğələlərə cəlb olundular.

2015-ci ilin oktyabrın əvvələrindən  bu proses dəvam edir.

Məşğələlərdə dünyanın ən aparıcı  olimpiada hazirliq  mərkəzlərinin (Amerika,Çin,Sinqapur,Türkiyə,və.s) ədəbiyatlarından(əsasən elektron şəkildə)istifadə olunur.Bu il Respublikamız  Avropa qızlar Riyaziyyat olimpiadasinda ilk dəfə iştirak edəcək(2016-cı il aprel,Rumuniya). Olimpaida quruplarında olan qızlar ilə təşkil olunan əlavə məşğələlərin də məqsədi olkəmizi ilk dəfə təmsil edəcək 4 qizin layiqli nəticə göstərməsidir.