FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
Qəbul qaydaları

Azərbaycan Respublikası Təhsil Nazirliyi

                                                 Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi

2019-2020-ci tədris ili üçün  VII, VIII və IX siniflərə şagird qəbulu elan edir.

          Sənədlər 02.04.2019-cu ildən başlayaraq, 24.05.2019-cu il tarixinədək (şənbə və bazar günləri istisna olmaqla) hər gün saat  9:00-dan 16:00-a qədər liseydə qəbul edilir.

Müraciət üçün son tarix: 24 may 2019-cu il

Tələb olunan sənədlər:

a) Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti;

b) 3x4 ölçüdə 4 ədəd fotoşəkil.

           Sənədlər elektron şəkildə liseyin e-maili vasitəsilə də qəbul edilir. Yazacağınız məktubda şagirdin hazırda oxuduğu məktəbi və qəbul olmaq istədiyi sinfi qeyd edin.

          İmtahan 26 may 2019-cu il tarixində saat 10:00-da başlanır. İmtahan binasına bir saat əvvəl gəlmək tələb olunur.

         İmtahan fənləri:

VII siniflər:  Azərbaycan dili (20 sual), Riyaziyyat (20 sual) və Məntiq (20 sual).

VIII siniflər:  Azərbaycan dili (25 sual), Riyaziyyat (25 sual) və Məntiq (20 sual).

IX siniflər:   Azərbaycan dili (30 sual), Riyaziyyat (30 sual) və Fizika (30 sual).

        Qeyd:  Liseydə qəbul proqramına uyğun sınaq imtahanları keçirilir. 

Əlavə məlumat almaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Bakı ş., Yasamal r., Əhməd Cəmil k. 3

Əlaqə nömrəsi: (012) 5107628/ 5107766/ 5394844

E-mail: FRI.lisey@baku.edu.gov.az