FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Komandamız II Bakı Elm Olimpiadasında 3-cü yerə layiq görülmüşdür.

12.06.2023

     12 iyun 2023-cü il tarixində II Bakı Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirildi. Nəticələrə görə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi komanda hesabı ilə 3-cü yerə layiq görüldü. Liseyimizi bu bilik yarışında 3 şagird (Mehdiyev Nihat-9ç, İsayev Adəm-9ç, Xammədov Seymur-8a) təmsil edirdi. Qeyd edək ki, İsayev Adəm fərdi yarışmada 3-cü yerə layiq görülmüşdür. Rəhbərlik adından şagirdləri təbrik edir, əziyyət çəkən hər kəsi, xüsusilə Seyran Səfərova (fizika), İradə Zeynalovaya (biologiya), Sənəm Məmmədovaya (kimya) təşəkkürümüzü bildiririk!