FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Respublika Fənn Müsabiqəsində medal qazanmış şagirdləri ilə görüş keçirildi.

13.06.2023

   13 iyun 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Respublika Fənn Müsabiqəsində medal qazanmış şagirdləri ilə görüş keçirildi. Görüşdə liseyin təmayül fənləri üzrə direktor müavini Şəhla Qurbanova, medal qazanan şagirdlərin müəllimləri və sinif rəhbərləri iştirak edirdilər. Əvvəlcə Şəhla müəllim çıxış edərək, qalibləri təbrik etdi və bu qalibiyyətin növbəti uğurlar üçün bir tarmpilin rolunu oynadığını xüsusi vurğuladı. Daha sonra fənn müəllimləri çıxış etdilər və medalçılara lisey tərəfindən hazırlanmış təltifnamə və hədiyyələr təqdim olundu.

  Xatırladaq ki, VII sinifəd təhsil alan şagirdlərimiz RFM-də fizika, kimya, biologiya fənləri üzrə 4 qızıl, 2 gümüş, 7 bürünc olmaqla, ümumilikdə 13 medal qazanıblar. Şagirdlərimizi bir daha təbrik edir, onların müəllimlərinə rəhbərlik adından təşəkkürümüzü bildiririk.