FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Son zəng" tədbiri

14.06.2023

   14 iyun 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Son zəng” tədbiri keçirildi. Əvvəlcə Dövlət Himni səsləndirildi. Daha sonra direktor T. Talıbov çıxış edərək, məzunlara uğurlar arzuladı. Tədbirdə iştirak edən sektorunun müdiri Fuad Qarayev də məzunlara arzularını bildirdi.

  Xatırladırıq ki, cari ildə liseyi 135 şagird bitirir. Onların içərisində Respublika və Beynəlxalq Olimpiadaların qalibləri və dünyanın ilk onluğunda qərar tutmuş xarici universitetlərə qəbul olmuş şagirdlərimiz var.

   Artıq məzun olmuş şagirdlərimizi təbrik edir, onlara uğurlu gələcək arzulayırıq!