FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz 11-ci Avropa kuboku bilik yarışında uğurlu nəticə əldə ediblər

25.06.2023

     İyun ayında riyaziyyat üzrə 11-ci Avropa kuboku bilik yarışı keçirilmişdir. Açıqlanan nəticələrə görə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri müsabiqədə uğurla çıxış ediblər.

    Qeyd edək ki, bu müsabiqəyə Avropanın hər yerindən orta məktəb şagirdləri qatılır və beynəlxalq riyaziyyat yarışı kateqoriyası daşıyır. Müsabiqə hər il keçirilir.

   Bu il məktəblilərimizin 2-ci dəfə iştirak etdiyi sözügedən müsabiqənin sualları cəbr, həndəsə, ədədlər nəzəriyyəsi və kombinatorikanı əhatə etməklə, geniş spektrli riyazi bacarıq və bilikləri yoxlamaq üçün nəzərdə tutulub. İştirakçılardan həmçinin problem həll etmə bacarıqlarını, yaradıcı və məntiqi düşünmək qabiliyyətlərini nümayiş etdirmək də tələb olunub. Uğur qazanmış şagirdlərimizi siz də tanıyın:

Cəlil Hüseynov Hüseyn oğlu – 11b sinfi, birincilik diplomu;

Səid Bəkirov Pərviz oğlu - 10c sinfi, birincilik diplomu;

Anar Mehdiyev Nadir oğlu – 11b sinfi, üçüncülük diplomu;

Fidan Qarayeva Mübariz qızı – 11b sinfi, üçüncülük diplomu;

İbrahim Kərimli Elnur oğlu – 10c sinfi, həvəsləndirici mükafat.

Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!