XƏBƏRLƏR

Şagirdlərimiz Yeniyetmələrin 27-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər.
28.06.2023
23 - 28 iyun 2023-cü il tarixləri aralığında Albaniyada Yeniyetmələrin 27-ci Balkan Riyaziyyat Olimpiadası (JBMO) keçirildi. Bu bilik yarışında Fizika , riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri uğurla çıxış edərək, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Həmin şagirdləri siz də tanıyın:
Müseybzadə Tural Hafiz oğlu - 8b sinfi, (bürünc medal);
Hüseynov Fərhad Hüseyn oğlu - 8b sinfi, (bürünc medal);
Novruzov Aqşin Fuad oğlu - 9d sinfi, (bürünc medal);
İsayev Yunis Kamil oğlu – 9a sinfi, həvəsləndirici mükafat.
Şagirdləri, onların valideynlərini və müəllimlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!