FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

12.07.2023

2 - 13 iyul 2023-cü il tarixləri aralığında Yaponiyanın Çiba şəhərində 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edildi. 112 ölkə üzrə 618 şagirdin iştirak etdiyi bu bilik yarışında 6 məktəbli ilə təmsil olunan Azərbaycan komandası 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb. Medal və həvəsləndirici mükafat qazananların 4-ü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir. Qalib gəlmiş şagirdlərimizi təqdim edirik:

Fidan Qarayeva Mübariz qızı – 11b sinfi, gümüş medal,

Cəlil Hüseynov Hüseyn oğlu – 11b sinfi, bürünc medal,

Anar Mehdiyev Nadir oğlu – 11b sinfi, həvəsləndirici mükafat,

İbrahim Kərimli Elnur oğlu – 10c sinfi, həvəsləndirici mükafat.

Qeyd edək ki, Fidan Qarayeva Asiya üzrə Məryəm Mirzəxani mükafatı ilə təltif olunub. Bu mükafat hər bir regionda ən yüksək nəticə göstərən məktəbli qızlara təqdim edilir.

Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!