FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

53-cü Beynəlxalq Fizika Olimpiadasının (IPHO) medalçıları – Sadıxzadə Sadiq və Abdulkərim Murad

17.07.2023

  10-17 iyul 2023-cü il tarixləri aralığında Yaponiyanın Tokio şəhərində 53-cü Beynəlxalq Fizika Olimpiadası (IPHO) keçirildi. Bu olimpiadada məktəblilərimiz uğurla çıxış edərək, 1 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Azərbaycan məktəblilərinin qazandığı 4 medalın ikisini Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri əldə ediblər. Şagirdlərimizi siz də tanıyın:

Sadıxzadə Sadiq Fətta oğlu – XIb sinfi, gümüş medal;

Abdulkərim Murad Vüqar oğlu – XIb sinfi, bürünc medal.

  Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini, əziyyət çəkən hər kəsi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!