FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2023) gümüş medalçısı – Fidan Qarayeva

21.07.2023

   Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Qarayeva Fidan Mübariz qızı 15-21 iyul tarixləri aralığında İsveçin Lund şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2023) gümüş medal qazanıb.

  Qeyd edək ki, 52 ölkədən 189 şagirdin qatıldığı bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən komanda 1 qızıl və 1 gümüş medal qazanıb. ​
Şagirdimizi, onun valideynlərini və müəllimlərini təbrik edir, əziyyət çəkən hər kəsə liseyin kollektivi adından təşəkkürümüzü bildiririk!