FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz 55-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb

25.07.2023

    Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Şəfizadə Selcan Müşfiq qızı 16-25 iyul tarixlərində İsveçrənin Sürix şəhərində təşkil edilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb. Qeyd edək ki, 107 ölkədən 321 məktəblinin iştirak etdiyi bu yarışda Azərbaycan komandası 4 medal qazanıb.

   Selcanı təbrik edir, ona, müəllimlərinə və valideynlərinə, əziyyəti olan hər kəsə can sağlığı və uğurlar arzulayırıq!