FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məzunlarımızın 7-si qızıl, 7-si gümüş nişana layiq görülmüşdür.

24.07.2023

  Azərbaycan  Respublikası elm və təhsil nazirinin əmri ilə (21.07.2023-cü il tarixli 3-29/3-2-466F/2023 nömrəli) 2022-2023-cü dərs ilində məktəbi xüsusi nailiyyətlərlə bitirən bir qrup məzun qızıl və gümüş nişana layiq görülmüşdür. Siyahıda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunları da yer alıb. Belə ki, liseyi 2022-2023-cü dərs ilində bitirən məzunlarımızın 7-si qızıl, 7-si gümüş nişana layiq görülmüşdür. Onları siz də tanıyın:

Baxşalıyeva Xədicə Yalçın – XIc sinfi, qızıl nişan,

Əliyev Elnur Elşən – XIç sinfi, qızıl nişan,

Xammədov Məhəmməd Rəşid - XIç sinfi, qızıl nişan,

Qarayeva Nuriyyə Fuad - XIb sinfi, qızıl nişan,

Qarayeva Fidan Mübariz – XIb sinfi, qızıl nişan,

Məhərrəmov İsmayıl Fəxri – XIç sinfi, qızıl nişan,

Sadıxzadə Sadiq Fətta – XIb sinfi, qızıl nışan,

Abbaszadə Rufan Ramiz – XIb sinfi, gümüş nişan,

Abdulkərim Murad Vüqar – XIb sinfi, gümüş nişan,

Hüseynov Cəlil Hüseyn – XIb sinfi, gümüş nişan,

Hüseynov Əli Əkbər – XIb sinfi, gümüş nişan,

Mütəllimli İsmayıl Azər – XIb sinfi, gümüş nişan.

Namazova Dərya Zülfüqar – XIb sinfi, gümüş nişan,

Şəfizadə Selcan Müşfiq – XIb sinfi, gümüş nişan.

Qeyd edək ki, bu siyahıda yer almış məzunlarımızın əksəriyyəti dəfələrlə RFO-nun qalibi olmuşdur. Onların içərisində Beynəlxalq Olimpiadaların qalibləri də (Hüseynov Cəlil, Qarayeva Fidan, Sadıxzadə Sadiq, Abdulkərim Murad, Şəfizadə Selcan, Namazova Dərya) var.   

  Məzunlarımızdan Hüseynov Cəlil, Qarayeva Fidan və Sadıxzadə Sadiq cari ildəki mükafatlandırmada “Birincilərin birincisi” nominasıyasına da layiq görülmüşlər. Xatırladaq ki, Hüseynov Cəlil Hüseyn oğlu bu nominasıyaya ardıcıl iki dəfə layiq görülüb.

  Liseyi xüsusi nailiyyətlərlə bitirmiş məzunlarımızı, onların valideynlərini və müəllimlərini, əziyyəti olan hər kəsi təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!