FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Övladları Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə qəbul olmuş valideynlərin nəzərinə!

07.08.2023

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə mərkəzi imtahanla qəbul olmuş şagirdlərin 08 avqust 2023-cü il tarixindən sənədlərinin (şəxsi işlərinin) qəbulu başlayır. Sənədlər həftə içi hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 09:00-dan 14:00-a qədər qəbul edilir. Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işini 17 avqust saat 14:00-a qədər liseyə təqdim etməlidir. Sənədlər liseyə bu vaxt ərzində təqdim edilməsə, şagirdin qəbulu etibarsız sayılacaq və onun sorğusu ləğv ediləcək.

Qeyd edək ki, valideyn və ya qanuni nümayəndə şəxsi kabinetindən elektron ərizəni (2 nüsxə) çap edərək imzalamalı və 1-ni  şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməli, 1-ni şəxsi işlə birlikdə liseyə gətirməlidir. Valideyn və ya qanuni nümayəndə elektron ərizənin şəxsi kabinetdən çap olunması üçün aşağıdakı ardıcıllığa əməl etməlidir: şəxsi kabinet + valideyn əlavə et modulu + 2022-2023 + bütün sorğularım + ərizəni yüklə.

Elektron ərizəni şagirdin çıxdığı məktəbin modulundan da əldə etmək mümkündür.

Hər hansı sual yaranarsa, bu nömrə ilə əlaqə saxlamaq xahiş olunur: (012) 510 76 28