FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz 35-ci Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal qazanıb

04.09.2023

  28 avqust – 4 sentyabr 2023-cü il tarixləri arasında Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadası keçirildi. Bu olimpiadada məktəblilərimiz uğurla çıxış edərək, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Bürünc medal qazanan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11d sinif şagirdi Fuad Mübariz oğlu Qarayevdir.

  Fuadı, onun üçün əziyyət çəkən hər kəsi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!