FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

13.09.2023

12.09.2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin fəaliyyət planına uyğun olaraq 2023-2024-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin rəhbər heyəti və müəllimlər iştirak etdilər. Pedaqoji Şura iclasını məktəbin direktoru Talıbov Tariyel çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda direktor və direktor müavinlərinin hesabatları dinlənildi və yeni tedris ilində görüləcək işlərin detalları kollektivin diqqətinə çatdırıldı.