FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz kibertəhlükəsizlik üzrə bilik yarışında 2-ci mükafata layiq görülüblər.

31.07.2023

      24 - 29 iyul 2023-cü il tarixləri arasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Azerconnect MMC”, “Caspel”, “Cyberpoint”, “Techpro DC” və “Huawei Technologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün  “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbi baş tutub.
    29 iyul 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində yay məktəbinin iştirakçılarından ibarət 26 komanda arasında bilik yarışı (“CTF”) keçirilib və qalib komandalar  mükafatlandırılıb. Fizika, riyaziyyat və informatika təmayüllü Respublika iseyinin şagirdlərinin (Şahin Rahid oğlu Ələkbərli – 11d sinfi (komanda rəhbəri) və Amil Emil oğlu Ələkbərov - 11ç sinfi) də daxil olduğu “Ronaldo Agents” komandası ikinci mükafata layiq görülüb.

 Qeyd edək ki, bu yarışa 6 ölkədən (Azərbaycan, Türkiyə, İsrail, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) 125 nəfər qatılımışdı.

   Şagirdlərimizi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!