FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından 2 bürünc medal

14.09.2023

  8–14 sentyabr 2023-cü il tarixləri arasında Gürcüstanın Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası keçirildi. Dünyanın 24 ölkəsindən 96 məktəblinin iştirak etdiyi bu olimpiadada ölkəmiz 4 şagirdlə təmsil olunmuş və uğurla çıxış edərək, 1 gümüş, 2 bürünc medal qazanmışlar. Həmin şagirdlərin ikisi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdləridir. Beləliklə, liseyin 10ç sinif şagirdləri: Raul Azər oğlu Cəfərli və Elvin Aydın oğlu İmanlı bürünc medala layiq görülüblər.

   Şagirdlərimizi, onların valideyn və müəllimlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!