FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qanla yazılan qəhrəmanlıq dastanı

26.09.2023
26 sentyabr 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Anım günü ilə əlaqədər olaraq, “Onlar Vətən uğrunda canlarından keçdilər” adlı tədbir keçirildi. Liseyin 7a sinif şagirdləri tərəfindən hazırlanan bu tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Leyla Fərzəliyeva, psixoloq: Sevda Nəbiyeva, UBR Nərmin Hüseynzadə, müəllimlər: Pəri Məhərrəmova, Brilyant Salmanova iştirak etdilər.
Tədbir birdəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şagirdlər şəhidlər haqqında hazırladıqları materialları təqdim etdilər. Tədbirdə həmin sinifdə təhsil alan şəhid mayor Natiq Əjdərin övladı atası haqqında danışdı.
Tədbir iştirakçıları Vətən uğrunda canını qurban vermiş şəhidlərin xatirəsini daim əziz tutacaqlarını bir daha diqqətə çatdırdılar.