FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

27 Sentyabr Anım Günü ilə bağlı dərs

25.09.2023
25 sentyabr 2023-cü il tarixnidə Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyində tarix müəllimi Günay Şərifzadə VIII sinif şagirdləri ilə birlikdə 27 Sentyabr Anım Günü ilə bağlı dərs təşkil etdi.
Əvvəlcə 44 günlük Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.
Daha sonra mövzu ətrafında müzakirələr aparıldı, sinifdə başqa dövlətlərin şagirdləri olduğunu təsəvvür edib öz fikirlərini, müharibədə olanları xarici dillərdə (rus və ingilis) də çatdırdılar.
Daha sonra şagirdlər şəhidlər haqqında topladıqları məlumatları öz sinif yoldaşları ilə bölüşdülər. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin hər zaman uca tutulub yad edilməli olduğunu diqqətə çatdıraraq, gələcəkdə özlərinin də bütöv Azərbaycan uğrunda əllərindən gələni edəcəklərinə söz verdilər.