FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Zəfər tarixini yazan igidlər"

27.09.2023
27 Sentyabr 2023-cü il tarixdə liseyin 8c sinif şagirdləri torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızı “Zəfər tarixini yazan igidlər” adlı tədbirdə yad etdilər. Bu tədbirin keçirilməsində məqsəd Vətənpərvərlik tərbiyəsi və milli mənəvi şüurun təbliği idi.
Tədbirdə Dövlət Himni səsləndirildi. 1 dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi yad edildi.
44 günlük müharibənin beynəlxalq hüquqi nəticələri haqqında şagirdləri 8c sinfinin tərbiyəçi müəllimi Südabə Kərimova məlumatlandırdı.
Sinif şagirdləri Aybəniz Seyidova, Fidan Qədirova, Nilufər Məmmədli “Anım günü” ilə bağlı hazırladıqları təqdimatları təqdim etdilər.
Nurcan Abbaszadə, Zeynəb Qədirova, Məryəm Rəsulzadə bu günə həsr olunmuş şeir söylədilər, Emil Oruczadənin esse yazısı tədbir iştirakçılarını çox təsirləndirdi.
Vətən müharibəsinin qəhrəmanlarının övladları sinif şagirdləri Aydan Zaidova və Ərtoğrul Məhərrəmli atalarının keçdikləri döyüş yolundan qürurla danışdılar.
Sonda “Qarabağ Azərbaycandır!” şüarı səsləndirildi.