FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Hərbi Qənimətlər parkına ekskursiya

27.09.2023

   27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq¸Respublika Fizika¸ riyaziyyat və informatika təmayüllü liseyin sinif rəhbərləri Cabbarova Rita¸Mirzəyeva Təranə  8Ç və 8D sinifləri ilə birlikdə Hərbi Qənimətlər Parkında ekskursiyada oldular.

   Ekskursiyaların təşkil olunmasında əsas məqsəd  27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onlarda qəhrəmanlıq tariximizin şanlı səhifələri barədə dolğun təsəvvür yaratmaqdan ibarətdir.