FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"44 günlük Zəfər tarixi" mövzusunda keçirilən açıq dərs

02.10.2023
     02 oktyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Günay Şərifzadə və liseyin 8a sinif şagirdləri ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində "44 günlük Zəfər tarixi" mövzusunda keçirilən açıq dərsdə iştirak etdilər.
    Şagirdlər əvvəlcə Mərkəzin Muzey bölməsində toplanmış Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən fotolar və eksponatlarla tanış oldular. Daha sonra açıq dərs başladı. Dərsə başlamadan öncə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi, daha sonra dəyirmi masa ətrafında müzakirələr aparıldı, vətənimizin ərazi bütövlüyü və tarixi ədalətin bərpa edilməsi üçün qazanılan bu qələbədən, onun qəhrəmanları olan şəhid və qazilərdən ətraflı bəhs edildi. Orada xüsusi vurğulandı ki, bu Zəfər tariximizə qızıl hərflərlə yazılıb. Onu qorumaq və gələcək nəsillərə çatdırmaq isə savadlı və çalışqan şagirdlərin öhdəsinə düşür.
     Dərsin sonunda Mərkəzin əməkdaşları şagirdlərə aktiv və fəal iştirak üçün təşəkkür etdilər.