FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

04 Oktyabr Cəbrayıl şəhəri günüdür

04.10.2023
04 oktyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7b sinif şagirdləri Cəbrayıl şəhəri günü münasibətilə maarifləndirici tədbir keçirdilər. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, sinif rəhbəri Xatirə Məhərrəmova iştirak etdilər.
Tədbir şəhidlərin xatirəsinə birdəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər Cəbrayıl haqqında hazırladıqları məlumatları təqdim etdilər, şeirlər dedilər. Sonda xüsusi vurğulandı ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi hər an hörmətlə yad ediləcək.