FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Müəllimlərimiz nazirlik mükafatına layiq görülüblər

05.10.2023

   Azərbaycan Respublikası elm və təhsil naziri, cənab Emin Əmrullayevin 05 Oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar imzaladığı əmrlə (№3-29/3-1-1248K/2023) liseyimizin 4 nəfər müəllimi nazirlik mükafatına layiq görülmüşdür. Belə ki, Mirzoyeva Aləmzər Yusif qızı və Tağıyeva Səidə Elman qızı “Qabaqcıl təhsil işçisi” döş nişanı, Əliyeva Lumiyyə Hacıağa qızı və Mədətli Xəyalə Nadir qızı “Fəxri Fərman”la təltif olunmuşlar.

   Müəllimlərimizi təbrik edir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!