FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

74-cü Beynəlxalq Astronavtika Konqresi

06.10.2023

   02 - 06 oktyabr 2023-cü il tarixləri arasında Azərbaycanda Beynəlxalq Astronavtika Konqresi keçirildi. Konqresdə dünyanın ən inkişaf etmiş ölkələrinin nümayəndələri iştirak edirdi. Konqresin axırıncı günü ictimaiyyət üçün açıq elan olunmuşdu. Həmin gün qabaqcıl texnologiyaları ilə öndə gedən ölkələr öz texnoloji nailiyyətlərini Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirdilər. 06 oktyabrda təşkil olunmuş açıq günə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri də dəvət almışdır.Hər iki Mərkəzdə təşkil olunmuş sərgi-stendlərdə şagirdlərimiz ən son texnoloji yeniliklərlə tanış olmaq imkanı qazandılar.