FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyə yeni qəbul olmuş şagirdlərlə psixoloji söhbət

06.10.2023

   19 sentyabr – 06 oktyabr 2023-cü il tarixləri arasında psixoloq Sevda Nəbiyeva və UBR Nərmin Hüseynzadə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyə yeni qəbul olmuş VIIa,b,c,ç və VIIIç,d sinif şagirdlərinin yeni təlim mühitinə adaptasiyası üçün onlarla psixoloji söhbətlər apardılar. Söhbət zamanı şagirdləri narahat edən məsələlərə xüsusi diqqət ayrıldı, onlara lisey mühitinə tez uyğunlaşmaq üçün məsləhətlər verildi.