FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

DENEYAP imtahanı qazananlar üçün yeni bir başlanğıc, qazanmayanlar üçün böyük bir təcrübədir

03.10.2023

    03.10.2023- ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə “DENEYAP imtahanı qazananlar üçün yeni bir başlanğıc, qazanmayanlar üçün böyük bir təcrübədir” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada tərbiyə işləri üzrə direktor müavini V.Bəyalıyev, sinif rəhbəri S. Kərimova və valideyn N.Əkbərova da iştirak edirdi.

    Liseyin 8c sinif şagirdi Haşımzadə Rəşid tədbir iştirakçılarını məlumatlandırdı və videoçarx təqdim etdi. Onun təqdim etdiyi “DENEYAP imtahanı qazananlar üçün yeni bir başlanğıc, qazanmayanlar üçün böyük bir təcrübədir”, “DENEYAP texnologiya laboratoriyasında 1 günümüz necə keçir?“ adlı videoçarxlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

    Qeyd edək ki, liseyimizdən həmin layihəyə 7b sinif şagirdi Üzeyir İsrafilzadə, 8d sinif şagirdləri: Dəniz Zeynallı, İlqarə Abuşova, 9a sinif şagirdləri: İsmayil Tağızadə, Mustafa Hacıyev və 9b sinif şagirdi  Mustafa Yusifli də qoşulublar.

      Şagirdlərimizə uğurlar arzulayırıq!