FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Füzuli şəhəri günü

17.10.2023

    17 oktyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyində təhsil alan 8b sinif şagirdlərinin iştirakı ilə Füzuli şəhəri günü münasibətilə maarifləndirici tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, psixoloq Sevda Nəbiyeva, sinif rəhbəri Rəqibə Mirzəliyeva iştirak etdilər.

   Tədbir şəhidlərin xatirəsinə birdəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər Füzuli haqqında hazırladıqları məlumatlar, şeirlər və mahnılar təqdim  etdilər. Daha sonra Valeh müəllim tədbir haqqında təəsüratlarını şagirdlərlə bölüşdü.

  Sonda xüsusi vurğulandı ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi hər an hörmətlə yad ediləcək.