FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Prezident təqaüdçüləri – Hacıyev Arif Nəriman oğlu və Əliyeva Fatimə Tağı qızı

18.10.2023

    18 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imazalayıb. Sərəncamda adları olan tələbələr sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunları: (XIb sinfini bitirmiş) Hacıyev Arif Nəriman oğlu və (XId sinfini bitirmiş) Əliyeva Fatimə Tağı qızı da yer alıb.

   Bütün lisey kollektivi adından Arifi və Fatiməni təbrik edir, onlara yeni təhsil pillələrində bol-bol uğurlar arzulayırıq!