FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz "Oxu" müsabiqəsi üzrə I yerə layiq görülmüşdür

20.10.2023

    Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10c sinif şagirdi Dilarə Hüseynzadə ölkədə tanınan kitab mağazalarından birinin təşkil etdiyi “II oxuyan uşaq” müsabiqəsində I yerə layiq görülmüşdür.

  Müsabiqədə uşaq ədəbiyyatının görkəmli simaları Zahid Xəlilin “Dəmir yumruq”, Sevinc Nuruqızının “Zəfər Nəğməsi Şuşa”, Nərminə Məmmədzadənin “Vida” əsərlərinin təqdimatları hazırlanmışdır. Dilarə Hüseynzadə Nərminə Məmmədzadənin “Vida” əsəri əsasında təqdimat hazırlamışdı.

   Qeyd edək ki, bu əsərdə 44 günlük müharibədə həlak olmuş şəhidlərin uşaqlarının atalarına yazdıqları məktublar yer alıb. Əsərdə məktub yazan şəhid övladlarının hələ də atalarını gözləyəcəyini ifadə edən ümidləri əks olunmuşdur.