FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Zəngilan şəhəri günü

19.10.2023

   19 oktyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan 9b sinif şagirdlərinin iştirakı ilə Zəngilan şəhəri günü münasibətilə maarifləndirici tədbir keçirildi. Tədbirdə UBR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva, tarix müəllimi Anar Ələsgərov, sinif rəhbəri Gilə Bayramova iştirak etdilər.

   Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra şagirdlər Zəngilan haqqında hazırladıqları slaydı təqdim  etdilər. Şagirdlər Zəngilanın mədəniyyəti, mətbəxi, tanınmış şəxsləri, I və II Qarabağ şəhidləri haqqında ayrı-ayrılıqda ətraflı məlumat verdilər.

   Daha sonra müəllimlər tədbir haqqında təəsüratlarını şagirdlərlə bölüşdü.

Sonda xüsusi vurğulandı ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi hər an hörmətlə yad ediləcək.