FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2023

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

          Bu münasibətlə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9B sinif şagirdləri, Ədəbiyyat müəllimi Xəyalə Mədətli və sinif rəhbəri Gilə Bayramova Yasamal rayonu Heydər Əliyev mərkəzində Zəngilan Şəhəri Gününə həsr olunmuş tədbirdə iştirak etdilər. Əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi, sonra şagirdlər Mərkəzin Muzey bölməsində toplanmış Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən fotolar və eksponatlarla tanış oldular.    

          Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımızdan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan qələbədən bəhs edildi.