FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyin 2009-cu il Şəhid məzunu Cəfərov Xəzər Qabil oğlu

25.10.2023

   Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 2009-cu il məzunu Cəfərov Xəzər Qabil oğlu 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, ayağından yaralanmış, yenidən müharibədə iştirak etmiş, qəlpə yarası almağına baxmayaraq, hərbidən uzaqlaşmamışdır.

   Kapitan rütbəsində 24 saatlıq antiterror əməliyyatında iştirak etmiş və  atəş altında qalmış əsgərini xilas edən zaman düşmən gülləsinə tuş gəlmiş və orada Şəhidlik zirvəsinə ucalmışdır.

    Allahdan şəhidimizə rəhmət, ailəsinə səbr diləyirik.