XƏBƏRLƏR

Yeməkxanaya baxış
31.10.2023
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin yeməkxanasına oradakı xidmət səviyyəsini yoxlamaq üçün yaradılmış komissiya tərəfindən Fəaliyyət planına uyğun olaraq, 31 oktyabr 2023-cü il tarixində baxış keçirildi. Komissiya üzvləri əvvəlcə yeməkxananın ərzaq ehtiyatının saxlandığı şəraitlə tanış oldular. Məhsulların keyfiyyətini, istifadə müddətini diqqətlə nəzərdən keçirən komissiya daha sonra yeməklərin şagirdlərə servis edilməsi prosesini də izlədi. Proses zamanı bir sıra tövsiyələr yeməkxana işçilərinin nəzərinə çatdırıldı.