FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qubadlı şəhəri günü

25.10.2023

    25 oktyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyində təhsil alan 8ç sinif şagirdlərinin iştirakı ilə Qubadlı şəhəri günü münasibətilə maarifləndirici tədbir keçirildi. Tədbirdə UBR Hüseynzadə Nərmin, psixoloq Sevda Nəbiyeva, sinif rəhbəri Səfərova Təranə iştirak etdilər.

  Tədbir şəhidlərin xatirəsinə birdəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər Qubadlı haqqında hazırladıqları məlumatlar, şeirlər və mahnılar təqdim  etdilər.

  Sonda xüsusi vurğulandı ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi hər an hörmətlə yad ediləcək.