XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzinə ekskursiya
25.10.2016
25.10.2016 - cı il tarixdə liseyimizin şagirdləri Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği , Azərbaycan tarixi və dilinin , mədəniyyətinin milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə şagirdlərimiz "Azərbaycan inciləri" "Mini Azərbaycan" , "Azərbaycana xoş gəlmisiniz" və s. adı altında sərgilərlə tanış oldular.