FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Riyaziyyat fənni üzrə seçim imtahanı

07.11.2023

       07 noyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyə bu il qəbul olmuş 7 və 8-ci sinif şagirdləri arasında riyaziyyat fənni üzrə seçim imtahanı təşkil edildi. Bu imtahanın keçirilməsində əsas məqsəd riyaziyyat fənni üzrə istedadlı uşaqları müəyyən etmək və onları xüsusi hazırlıq dərslərinə (olimpiadalara hazırlıq) cəlb etməkdir. İmtahanda şagirdlərə açıq tipli tapşırıqlar təqdim olundu və onları cavablandırmaq üçün 1 saat vaxt verildi. Tapşırıqlar liseyin riyaziyyat müəllimi, əməkdar müəllim Şəmsi Səfərov tərəfindən hazırlanmışdı.

     Yaxın həftələrdə nəticələr barədə şagirdlərə məlumat veriləcək.

   Qeyd edək ki, seçiləcək istedadlı uşaqlarla xüsusi hazırlıq dərslərini (olimpiadalara hazırlıq) Şəmsi müəllim keçəcək.

Şəmsi müəllimə və şagirdlərə uğurlar arzulayırıq!