FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Bayraq Günü

07.11.2023

    7 noyabr 2023 -cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyində təhsil alan 7ç sinif şagirdlərinin iştirakı ilə "Bayraq günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva və sinif rəhbəri Zinyət Bədəlova  iştirak etdilər.

   Tədbir şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut ve Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra şagirdlər bayraq haqqında hazırladığı məlumatları, şeirləri və musiqiləri təqdim etdilər.

  Sonda Valeh müəllim tədbir haqqında təəssüratlarını bölüşüb, əməyi keçən hər kəsə təşekkürünü bildirdi.