FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Erkən nikaha yox deyək" adlı tədbir

27.11.2023

    27 noyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9c sinif şagirdlərinin iştirakı ilə "Erkən nikaha yox deyək"  adlı tədbir təşkil olundu. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, psixoloq S. Nəbiyeva, UBR N. Hüseynzadə, 9c sinfinin rəhbəri B .Əlişzadə iştirak etdi.

   Tədbirdə həmin sinfin şagirdləri: A. Tosayev, A. Əliyeva, H. Nəcəfli,    A.Xəlilova Erkən nikahın fəsadlarından, sosial-psixoloji və fiziki ziyanlarından bəhs etdilər, həmçinin ölkə üzrə mövcud olan statistik məlumatları təqdim etdilər.

  Digər şagirdlər: Ə. Səməndəri, Z. Hüseynli və Ö. Rüstəmov mövzu ilə bağlı hazırladıqları slaydları nümayiş etdirdilər.

Şagirdlərin çıxışları çox təqdirəlayiq qarşılandı. Sonda Valeh müəllim tədbir barədə fikirlərini, psixoloq Sevda xanım isə tövsiyələrini şagirdlərlə bölüşdü.