XƏBƏRLƏR

"Reproduktiv sağlamlığ"a həsr olunmuş dərs
29.11.2023
29 noyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi İradə Zeynalova 8-ci siniflərdə təhsil alan qız şagirdlərə “Reproduktiv sağlamlığ”a həsr olunmuş dərs keçdi.
Dərsdə psixoloq, UBR, sinif rəhbərləri də iştirak edirdilər. Müəllim hazırladığı slaydlar vasitəsilə gəncliyin ilk mərhələlərində - keçid dövründə baş verən fizioloji və emosional dəyişikliklər, eyni zamanda hansı davranışların sərgilənməsi barədə şagirdlərə məlumat verdi.
Dərsdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.