FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Gücünü sevgi ilə göstər, zorakılığa son!

30.11.2023

   30 noyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan Xa sinif şagirdlərinin iştirakı ilə  “Gücünü sevgi ilə göstər, zorakılığa son!” adlı dəyirmi masa təşkil edildi.

   Tədbirdə direktor müavini V.Bəyalıyev, psixoloq S.Nəbiyeva, UBR N.Hüseynzadə, sinif rəhbəri Z. Qarayeva iştirak edirdi..

  Şagirdlər “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda müxtəlif araşdırmalar apararaq topladıqları məlumatları və müxtəlif divar qəzetlərini təqdim etdilər.

   Sonda bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problem olan «Zorakılıq» haqqında psixoloq və UBR lazımı məlumatları şagirdlərin nəzərinə çatdırdı.