FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Məktəblərdə Astronomiya və Kosmos Elminin təbliği"

28.10.2016

Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə vəTəcrübəçilik Mərkəzinin birgə təşkilatçılığı ilə Tusi Bolm Planetariumda oktyabr ayında"Məktəblərdə Astronomiya və Kosmos Elminin təbliği" layihəsinə start verilmişdir.Bu layihədə Bakı şəhər ümumtəhsil məktəblərinin 3500 şagirdinin iştirakı nəzərdə tutulmuşdur.O cümlədən oktyabrın 28 də Fizika riyaziyyat informatika təmayüllü liseyin müəllim və şagird kollektivi Tusi Bolm Planetariumda olmuş, mühazirələri dinləmiş,videofilmə baxmışlar.Burada şagirdlər verilmiş sual cavabda iştirak etmiş,Mikayılı Əbil və Piriyev Rəhim hədiyyə ilə mükafatlandırılmışdır.Bu layihə şagirdlərdə astronomiya elminə marağı bir daha artırmışdır.