FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Dərman bitkiləri və onlardan istifadə qaydaları" mövzusunda dərs

05.12.2023

05.12. 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi İradə Zeynalova 7Ç sinfində "Dərman bitkiləri və onlardan istifadə qaydaları" mövzusunda dərs keçdi. Dərs zamanı şagirdlər müxtəlif dərman bitkilərinin adları, müalicəvi xüsusiyyətləri , şəkillərini əhatə edən və həmin bitkilərə aid nümunələrin də olduğu təqdimatlarla çıxış etdilər. Şagirdlər, eyni zamanda, yaşadıqları bölgələrə aid dərman bitkiləri haqqında da məlumat toplamışdılar. Sonda uşaqlar arasında "Hansı dərman bitkisidir" adlı maraqlı oyun da təşkil edildi.