FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Azərbaycana həsr edilmiş şərəfli ömür" adlı tədbir

07.12.2023

     07 dekabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyində 10ç və 10e sinif şagirdlərinin birgə hazırladıqları və Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Azərbaycana həsr edilmiş şərəfli ömür” adlı tədbir keçirildi. Tədbirdə liseyin tərbiyə işləri üzrə direktor müavini V.Bəyalıyev, UBR N.Hüseynzadə, sinif rəhbərləri: K.Əliyeva, G.Ədilova və valideynlər iştirak edirdilər.

   Tədbir H. Əliyevin xatirəsinə həsr olunmuş birdəqiqəlik sükut ve Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə basladi. Daha sonra dörd hissəni əhatə edən tədbir başladı. Şagirdlər H. Əliyevin həyatı və hakimiyyət illəri, onun mədəniyyət və incəsənətə, eyni zamanda, təhsilə verdiyi töhfələr, ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar haqqında hazırladıqıları məlumatları təqdim etdilər. Şagirdlərdən bəziləri isə tədbirin mövzusuna uyğun bədii parçalar dedilər və Polad Bülbüloğlunun “Şən Azərbaycan” müsiqisinin sədaları altında rəqs etdilər
       Tədbirin sonunda “Xarı bülbül” festivalinda Prezident İlham Əliyevin ata nəsihətini yerinə yetirməsi ilə bağlı çıxışı, onun “Qarabağ Azərbaycandır!” şüarı səsləndirildi. Sonda Valeh müəllim çıxış edərək, təşkilatçılara və şagirdlərə təşəkkür etdi.