XƏBƏRLƏR

Biologiya fənni üzrə sınaq imtahanı keçirildi.
14.12.2023
14 dekabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan və biologiya fənni üzrə RFM-ə və RFO-ya hazırlaşan VII, VIII və IX sinif şagirdləri üçün müəllim İradə Zeynalovanın təşkilatçılığı ilə sınaq imtahanı keçirildi. İmtahan suallarını cavablandırmaq üçün şagirdlərə 1 saat vaxt verildi.
Qeyd edək ki, sinaq imtahanının suallarını da davamlı olaraq biologiya fənni üzrə RFM-ə və RFO-ya şagird hazırlığını həyata keçirən liseyin müəllimi İradə Zeynalova hazırlamışdı.
İradə müəllimə uğurlar arzulayırıq!