FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İntihara yox deyək, həyat yaşamağa dəyər!" adlı maarifləndirici tədbir

15.12.2023

15.12.2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə IX a sinif şagirdlərinin təşkilatçılığı ilə “İntihara yox deyək, həyat yaşamağa dəyər!” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, sinif rəhbəri İlahə Baxışəliyeva iştirak etdi.

Şagirdlər hazırladıqları slaydları təqdim etdilər. UBR Hüseynzadə Nərmin intiharın qarşısını almaq üçün atılan addımlardan danışdı.

Sonda şagirdlərin hazırladıqları motivasiyaedici sözlərdən ibarət vərəqlər paylanıldı.