FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Təbiətin qəzəbi: zəlzələ" adlı tədbir keçirildi.

13.12.2023

    13.12.2023-cü il tarixində liseyin 11c sinif şagirdi Mahir Əliyevin təqdimatında "Təbiətin qəzəbi: zəlzələ" adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd zəlzələ anında etməli olduğumuz ən vacib hərəkətlər barədə iştirakçıları maarifləndirmək idi.

  Tədbirin 1-ci hissəsində dünyada, həmçinin Azərbaycanda baş vermiş güclü zəlzələlər haqqında geniş məlumat verildi və bu barədə çəkilmiş sənədli film izlənildi.  Tədbirin 2-ci hissəsində isə komandalar şəklində tədqiqat aparıldı. Tədqiqat zamanı auditoriyaya "Zəlzələ zamanı hansı 3 əşyanı götürərdiniz?" sualı ilə müraciət olundu və tədqiqatın sonunda  səsvermə yolu ilə seçilən əşyalardan (su, tibbi yardım çantası, geyim və telefon) ən çox səs toplayan əşya telefon oldu. Tədbirin sonunda  zəlzələ anında ilk hansı tədbirləri yerinə yetirməklə bağlı FHN-nin hazırladığı maarifləndirici videoçarx nümayiş olundu.

   Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirik.