
"Ləziz saat" adlı kulinariya yarışı keçirildi.
19.12.2023
19.12.2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə UBR Nərmin Hüseynzadənin təşkilatçılığı ilə VII və VIII siniflər arasında “Ləziz saat” adlı kulinariya yarışı keçirildi. Komandaların tərkibi 3 nəfər şagird və 3 nəfər valideyndən ibarət idi. Yarışda iştirakçılar müəyyən edilmiş vaxt ərzində 3 ədəd salat hazırladılar.
Münsiflər heyəti aşağıdakı tərkibdə formalaşdırılmışdır:
Tərbiyə işləri üzrə direktor müavini: Valeh Bəyalıyev,
Psixoloq: Sevda Nəbiyeva, operator: Mailə Məsimova,
Respublika Uşaq-Gənc İnkişaf Mərkəzinin nümayəndəsi: Elnarə Nəsirova,
Liseyin yeməkxanasının baş aşbazı: Tərlan Qurbanov
Heyət şagirdlərin hazırladıqları salatları qiymətləndirdilər. Nəticələrə əsasən, VIIIc sinif komandası I yerə, VII b sinif komandası II yerə, VII ç sinif komandası isə III yerə layiq görüldü. Hər 3 komanda hədiyyələrlə mükafatlandırıldı.
Sonda valideynlərin hər birinə yeni il hədiyyələri paylandı.